"Tədbirlər Planından kənarda qalanlara nə deyək?" - jurnalist Əzizə İsmayılova yazır

Hit: 991
"Tədbirlər Planından kənarda qalanlara nə deyək?" - jurnalist Əzizə İsmayılova yazır
Tədbirlər Planının təsdiqlənməsi, əladır. Göstərilən məbləğlər qane edici olmasa belə, yenə müsbətə doğru bir addımdır.
 
Amma təsdiqlənən Planında əmək haqqı gündəlik ödənilən şəxslər - ofisiantlar, tikintidə ustalar, fəhlələr, turizm sahəsində işləyənlərə heç bir güzəştin nəzərdə tutulmaması çox üzücüdür. Həqiqətən çox üzücü. İnanmaq istəyirəm ki, heç olmasa kommunal və bank borclarında bu təbəqəyə nəsə bir yardım edilər.
 
Bu boyda əhali var bu kateqoriyadan ac-susuz hamı məcburən qapılıb qalıb 4 divar arasında var-gəl etməyə məhkumdur. Çörəyi kəsilməyi azdır, havasını da kəsmişik.
 
Bu təbəqədən olan neçə min insanın kirayə haqqı var, kommunalı, kredit borcu, qonşuya borcu, dükana borcu var. Xəstəsi olan, körpəsi olan. Bəs bu anası ölməmişlər neynəməlidirlər?
 
Axı öz keflərindən evdə oturmayıblar. Onların problemlərini kim, necə həll edəcək bəs?
 
Nə cavab verək bu qədər insanın "niyə bəs bizə yox?" sualına, necə izah edək, hansı meyarı qoyaq qarşılarına ki, əsəbdən infarktdan, insultdan olmasınlar. Varsa bir variant, deyin, izah edək..
 
Bu qədər sıxmaq olmaz, vallah olmaq. Partlayacaq

Jurnalist Əzizə İsmayılova

 








Redaktorun seçimi