"Vətən naminə birlik nümayiş etdirməliyik"

Hit: 1074
"Vətən naminə birlik nümayiş etdirməliyik"
GƏRGİNLİKLƏR VƏ CƏRƏYANLAR REZONANSI
 
"Hər şey xalq üçün, 
hər şey dövlət üçün!"
 
Bir neçə müddətdir ki, tibbi maska, əlcək və spirt haqlı olaraq gündəmi zəbt edib, özüdə səngimək bilmir.
 
Çünki, bu kiçik hadisə olsada COVID-19 koronavirus pandemiyası qədər böyüdülübdür.
 
Mövcud yanaşma dünən olduğu kimi, bu gün də qeyri-təkmil olduğuna görə belə bir mənzərə ilə qarşılaşmışıq.
 
İndi, ümumxalq məsələsində aciz, hətta çıxılmaz vəziyyətdə qalmışıq kimi görünürük.
 
Necə oldu ki, bizim Ana-bacılarımız, qız-gəlinlərimiz arxa cəbhə üçün əlcək belə toxuyub İkinci dünya müharibəsində cəbhəni təmin edib tarixə adlarını yazıblar?!
 
Bir tibbi maska nədir ki, bu qeyrət qalaları bunun öhdəsindən müasir dövrdə və milli vaxtda gələ bilməsinlər?!
 
Halbuki biz, buna qabilik və qadirik!
 
Lakin ümumi tədbirlər adda-budda aparılır, ya da bu xüsusda bir istiqamətli hərəkət edilir.
 
Gərək belə vəziyyətdə çoxşaxəli fəaliyyət ortaya qoyulsun, idarəetmə mexanizmi işlək hala gətirilsin.
 
Hökumət ciddi maarfləndirmə işi aparsın, əhalinin dar gündə, qeyri-adi vəziyyətdə nə etməli və nə iş görməli olduğunu izah etsin.
 
Onsuzda xammal xaricdən gətirilirsə, bu ləvazimatın istehsalında davamlılıq, rentabellik gözləmək sadəlövhlükdür.
 
Gəlin, tibbi maskaları özümüz-özümüzə problem etməyək!
 
Səmimi olaq, vətəndaşlıq mənsubiyyətimizi və məsuliyyətimizi dərk edək.
 
Bu yöndə əlimizdən gələni əsirgəməyək.
 
Heç bir "maska” geymədən öz əsil milli simamızı nümayiş etdirək.
 
Gələcəkdə qeyd edilən xüsuslara diqqət yetirmək milli maraqlarımıza uyğundur:
 
1. Bu tip tibb məhsulların ətriyyat mağazalarında və marketlərin bu tipli bölmələrində satışı təşkil edilsin;
2. Dövlət və hökumət qurumları, böyük təşkilat və şirkətlər özləri üçün tibb müəssələri yaratsın;
3. Əhalinin fors-major hallara hazır olmaları üçün mütəmadi kompleks tədbirlər görülsün.
 
(Ümumi tibbi biliklər aşılansın, habelə könüllülərin ixtisaslaşması məsələsinə diqqət yetirilsin).
 
Göründüyü kimi, belə ekstrimal situasiyada və böhran şəraitində milli-ideoloji təkamül, siyasi-inzibati metodların "ağıllı " tətbiqi öz müsbət nəticəsini verir.
 
Bir sözlə, bütün bunlara baxmayaraq Vətən naminə birlik nümayiş etdirməliyik. 
Vətənimizi istənilən təhlükədən təcrid etməli, qorumalı, müdafiə etməliyik.
Unutmayaq, Vətən bizə can verən, bizi mühafizə edəndir. Varlığımızın və sonsuzluğumuzun qarantıdır.
Bizim fövqümüzdə olub İlahi fitrətdən yaranıb.
 
Axı biz, üç rəngli müqəddəs bayrağı ən hündür zirvədə dalğalanan bir dövlətin vətəndaşlarıyıq!
 
Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru








Redaktorun seçimi