SMS-lərə bağlı vətəndaşlara - XƏBƏRDARLIQ

Hit: 707
SMS-lərə bağlı vətəndaşlara - XƏBƏRDARLIQ
"Ümumiyyətlə vətəndaşlarımız bilməlidirlər ki, zərurət olmadığı təqdirdə evdən çıxmamalıdırlar. Bu həm onların həm də digər vətəndaşların sağlamlığı üçündür. Lakin vətəndaşlar zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər".
 
Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
 
Onun sözlərinə görə, vətəndaşa verilən icazələr Daxili İşlər Nazirliyinin sistemində dərhal yerləşdirirlir. Bu səbəbdən vətəndaşlar SMS sisteminə bilərəkdən yanlış məlumatlar verməməlidir. Bugünə olan statistikaya görə, göndərilən SMS-lərin 62 faizi aidiyyəti olmayan məzmunla bağlı olduğundan təsdiq cavabı almayıb. Qeyri-ciddi SMS-lər göndərənlər barədə ciddi məsuliyyət tədbirləri görüləcək. Vətəndaşlar SMS sistemindən sui istifadə etməməlidirlər. Əks təqdirdə onlar karantin rejimini pozmuş olurlar. Bu da öz növbəsində onları məsuliyyətə cəlb edir.
 
Qeyd edək ki, aprelin 5-ə olan statistika görə, əməkdaşlar üçün icazənin alınması ilə bağlı 32112 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 494307 icazə qeydiyyata alınıb. Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib ki, bunlardan da təqribən 284 mini təsdiq cavabı almayıb. (SalamNews)








Redaktorun seçimi