Birlik rəhbəri həmkarlarını kampaniyalara qoşulmağa çağırıb

Hit: 774
Birlik rəhbəri həmkarlarını kampaniyalara qoşulmağa çağırıb
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi Masallı rayonu ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, şəhid ailələri və aztəminatlı insanlarımız üçün tibbi-gigiyenik vasitələr göndərib.

Bunu birliyin rəhbəri Arzu Bağırova deyib.

O bildirib ki, bölgələrdə bu vasitələrə daha çox ehtiyac olduğunu nəzərə alaraq bu addımı atıblar: “Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və aztəminatlı insanlarımızın indiki məqamda daha çox qayğıya ehtiyacı olduğunu düşünürük və ona görə də Masallı rayonundakı 100-dən çox ailəyə tibbi-gigiyenik hədiyyə göndərdik.  Bu gündən onların siyahı üzrə paylanmasına başlanılacaq”.

A.Bağırova deyib ki, imkanları daxilində bu kampaniyanı davam etdirəcəklər və dövlətin koronavirusla mübarizəsi öz töhfələrini verməyə çalışacaqlar.
Birlik rəhbəri həmkarlarını da belə kampaniyalara qoşulmağa çağırıb.








Redaktorun seçimi