Adil Əliyev tərəfindən daha 40 ailəyə yardım göstərilib

Hit: 1018
Adil Əliyev tərəfindən daha 40 ailəyə yardım göstərilib
Dostlar bu gün, Azərbaycan Respublikası Milli Məclisin sədr müavini olaraq tərəfimdən növbəti dəfə onlayn rejimdə vətəndaşların qəbulu həyata keçirilmişdir. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilmiş, müraciətlərin həll olunması istiqamətində zəruri işlər görülmüşdür.
 
Habelə, qəbul zamanı vətəndaşlara cənab Prezidentin tapşırığı ilə koronovirus (Covid19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlər, hazırlanmış sosial-iqtisadi paket barədə məlumat verilmiş, cənab Prezidentin göstərişlərinə və Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıqlarına ciddi şəkildə riayət etmək tövsiyə edilmişdir.
 
Nəzərinizə çatdırım ki, bu gün 40 ailəyə maddi, mənəvi və psixoloji yardım göstərilmişdir. Bu işdə əziyyəti olan dostlarıma, qərargahımızın könüllülərinə, dərin təşəkkürümü bildirirəm.

Vitse spiker
Adil Əliyev








Redaktorun seçimi