Virtual dünyada koronavirusla mübarizəyə yeni tərəfdaşlar qoşuldu

Hit: 995
Virtual dünyada koronavirusla mübarizəyə yeni tərəfdaşlar qoşuldu
Məlum olduğu kimi real dünyada koronavirus bəlası ilə mübarizə virtual mühitdə də davam edir. Bu məqsədlə cari ilin 9-12 aprel tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC təşkilatçılığı ilə koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün virtual Hakaton keçiriləcək. Azərbaycan Turizm Bürosu və PAŞA Bank COVID-19 koronavirus pandemiyası ilə mübarizəyə yönəldilən Virtual Hackathon-a qoşulan və dəstək verən ilk əsas partnerlardandır. Dünyada Koronavirus pandemiyasının yayılması hər bir təşkilatı və qurumu bu virusla mübarizə yollarının axtarmasına, həmçinin texnoloji həllərin yaratmasına keçidi tezləşdirir.
 
Turizm sənayəsi iqtisadiyyətın koronakrizisdən ən çox ziyan çəkmiş sahələrdən biridir və hazırda həm yerli həm dünya turizm sənayyəsinə yeni innovativ, o cümlədən rəgəmsal həllərin meydana gəlməsi olduqca vacibdir. Ümümiyyətlə, koronovirusun təsirini maksimum dərəcədə azaldmaq üçün rəgəmsal keçidin sürətini artırmaq, ölkədə rəgəmsal və distant tətbiglərin inkişaf etdirilməsi olduqca zəruridir.
 
Hakatonda iştirak etmək üçün www.hackcov19.com saytında qeydiyatdan keçmək və öz komandanız, ideyanız və həmin ideyanın yuxarıda sadalanan çətinlikləri necə aradan qaldıracağı haqda məlumatı təqdim edərək lazımdır.
 
İdeyalarınızı təkmilləşdirmək üçün sizin bir həftəniz olacaq. Mentorlarla işləyərək həmin həll yollarını milli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə onlayn formada təqdim ediləcək.
 
İdeyalarınız qiymətləndirilərək üstünlük, ən tez zamanda həyata keçirilə biləcək ideyalara veriləcək. Hakatonun mükafat fondu – 10 000 ABŞ dollarıdır.
 
Əgər Siz və ya tanışlarınız texnologiya vasitəsilə həll oluna biləcək çətinliklə üzləşirsinizsə, bununla bağlı ideyalarınızı təklif etməkdə sərbəstsiniz.








Redaktorun seçimi