Bakıda bazarda dezinfeksiya işləri - FOTOLAR

Hit: 1433
Bakıda bazarda dezinfeksiya işləri - FOTOLAR
Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə paytaxtda əhalinin daha çox istifadə etdikləri kənd təsərrüfatı məhsullarının satışı bazarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
 
Faktor.az xəbər verir ki, paytaxtın Nizami rayonunda "8-ci kilometr" bazarı kimi tanınan ərazidə infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə sanitar-təmizlik işlərinə nəzarət xeyli gücləndirilib.
 
Bazarda kütləvi dezinfeksiya işlərinin aparılacağı ilə bağlı alıcı və satıcılara əvvəlcədən xəbərdarlıq edilib.
 
Dezinfeksiya işləri zamanı bazarın satış piştaxtaları, köşklər, sanitar qovşaqları xüsusi dezinfeksiyaedici məhlulla yuyulub, dərmanlanıb, ərazidə təmizlik işləri aparılıb.
İnsanların sağlamlığının qorunması və əhalinin təmiz, keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi məqsədilə bazarda dezinfeksiya işləri mütəmadi olaraq həyata keçiriləcək.
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi