Naxçıvanda yoluxucu xəstəliklərə qarşı dezinfeksiya işləri görülür

Hit: 1029
Naxçıvanda yoluxucu xəstəliklərə qarşı dezinfeksiya işləri görülür
Naxçıvan şəhərinin küçə və prospektləri yoluxucu xəstəliklərə qarşı dezinfeksiya olunub.
 
Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə erkən saatlarda, yollarda hərəkətin daha az olduğu vaxtlarda xüsusi məhlul vasitəsilə genişmiqyaslı dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işlərinə 40 nəfərlik heyət və xüsusi xidməti avtomaşınlar cəlb edilib.
Dezinfeksiya işləri magistral yollarda, körpülərdə, Naxçıvan Beynəlxalq Hava Limanına gedən yollarda, ümumiyyətlə, hərəkətin intensiv olduğu bütün yollarda aparılıb.
 
Qeyd edək ki, dezinfeksiya işləri yaşayış massivlərini, park və xiyabanları, ictimai-iaşə obyektlərini də əhatə edib. Bu tədbirlər bundan sonra da davam etdiriləcək.








Redaktorun seçimi