Ötən il 52 milyon manatlıq PUA alınıb

Hit: 742
Ötən il 52 milyon manatlıq PUA alınıb
Müdafiə təyinatlı məlumatların istehsalı ilə bağlı bağlanılmış müqavilələrin həcmi ƏDV ilə 2018-ci ildən qalan müqavilələr üzrə 26788,5 min manat, 2019-cu il üzrə 80611,7 min manat, 2019-cu ildən əlavə bağlanmış müqavilələr üzrə 4147,9 min manat olmaqla ümumilikdə hesabat dövrü üzrə 111548,1 min manat təşkil edib.
 
Faktor.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında bildirilib.
 
Hesabatda qeyd olunur ki, dövlət büdcəsindən sifarişçi təşkilatları ayrılmış maliyyə resurslarına uyğun Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və digər güc strukturlarının sifarişlərinə əsasən bağlanılmış müqavilələr üzrə hesabat ilində 84735,3 min manat məbləğində, müdafiə təminatların istehsalı, təmiri və utilizasiyası təmin edilib və sifarişçilərə təhvil verilib.
 
Bununla yanaşı, hesabat ilində pilotsuz uçuş aparatlarına ödənilmiş 52,3 milyon manat vəsait nəzərə alınmaqla təhvil verilmənin məbləği 137,0 milyon manat təşkil edib.
 
2019-cu ildə 9 adda 1148 ədəd atıcı silah və digər əmlakın təmiri üzrə 133,9 min manatlıq müqavilələr imzalanıb, hesabat dövründə tam yerinə yetirilib.
 
Həmin dövrdə 405,7 min ədəd 102 adda müxtəlif məmulatın utilizasiya üçün 102,9 min manatlıq müqavilələr imzalanıb və icra olunub.
 
Müəssisələrdə mülki məhsulların istehsal həcminin və ixrac potensialının artırılması istiqamətində müəyyən addımlar atılıb.
 
2018-ci illə müqayisədə 2019-cu ildə müdafiə sifarişi üzrə ixrac əməliyyatların xüsusi çəkisi 5,5 faiz artıb.








Redaktorun seçimi