Maska və əlcək taxmaq məcburidirmi?

Hit: 1194
Maska və əlcək taxmaq məcburidirmi?
Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində rəsmi şəxslər maska və əlcək taxmağın məcburiliyi haqda sualı cavablayıblar. 
 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, DİN-in vəzifəli şəxsi Əziz Baqişev deyib ki, əlcək və maskasız evdən çıxmaq karantin qaydasının pozulması deməkdir: “Polis maska və əlcək taxmayan şəxslərə yaxınlaşıb tövsiyə verir və əlcək, maska taxmasını tələb edir”. 
 
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, insanlar evdən çıxmamalıdırlar: “Bu xəstəlik qripə oxşaya bilər, amma koronavirus xəstələrinin sayı artsa, xəstəxanalarda yer olmayacaq. Hər kəsin bir səbəbi var, biz hər səbəbə uyğun variant tapa bilmərik. Sadəcə insanlar evdən çölə çıxmamalıdırlar. Biz öncə danışanda deyirdik ki, hamı maska taxmalı deyil, çünki onda virus xaricdən gəlirdi. İndi isə daxili yoluxma var, hər günün öz qərarı ola bilər. Bunu insanlara çatdırın”.








Redaktorun seçimi