"Hər kəs özünü qorumalıdır"

Hit: 1061
"Hər kəs özünü qorumalıdır"
Bildirilir ki, www.asanpay.az ünvanından avtomobil sahiblərinin telefonlarına son tarix göstərilməklə növbəti texniki baxışın keçirilməsi, əks halda cərimə tədbirlərinin qüvvəyə minməsi barədə SMS-lər daxil olmağa davam edir. Paytaxt sakinləri üçün texniki baxış Xırdalan və Sabunçudakı DYP mərkəzlərində edilə bilər. Ancaq bu gün bir çox avtomobil sahibləri üçün karantin tədbirləri şəraitində (65 yaşdan yuxarı insanlar üçün məhdudiyyətlər) bu çətin görünür və ümumiyyətlə, növbə, sıxlıq yaranır və bu da vətəndaşların sağlamlığı üçün təhlükə yaradır.
 
Maraqlıdır, karantin müddətində texniki baxışın təxirə salınması və cəzaların ləğv olunması mümkündürmü?
 
Bununla bağlı SONXEBER.AZ-a danışan Bakı Şəhər Baş Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov sözügedən məsələ ilə bağlı müzakirəyə ehtiyac olmadığını bildirib:
 
"Dünən karantindir, çalışın şəxsi avtomobillərdən istifadəni azaldın deyəndə bunu pis qəbul edirdilər. İndi amma lazımdır deyə hesab edirlər ki, sadələşdirilməlidir? Çox qəribə səslənir. Bu gün karantindir, müzakirəyə ehtiyac yoxdur. Bununla bağlı tələblər var. Bütün dünyada proseslər gedir. Hər kəs özünü qorumalıdır".
 
Vaqif Əsədov həmçinin sıxlıq, növbə ilə bağlı problemlərlə qarşılaşan vətəndaşlara tövsiyyələr verib:
 
"Hesab edirəm ki, bu gün DYP tərəfindən elan və tövsiyyə edilən hər hansı çağırış anlaşıqlı qəbul edilməlidir. Əgər vətəndaşlar yolun uzaq olmasından şikayətlənirlərsə, istirahət etsinlər, şəxsi avtomobillərindən müvəqqəti istifadə etməsinlər. Bilirik ki, vaxtında texniki baxışdan keçməməyə görə elektron qərarlar qəbul edilir. Cərimələnməmək üçün hesab edirəm ki, gözləmək, karantin tələblərinə riayət etmək lazımdır".







Redaktorun seçimi