Xalq artisti Rauf Babayev vəfat edib

Hit: 946
Xalq artisti Rauf Babayev vəfat edib
“Qaya” vokal qrupunun solisti Rauf Babayev vəfat edib.
 
Bu barədə Faktor.az-a Mədəniyyət Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Məlumata görə, R.Babayev II Fəxri xiyabanda dəfn ediləcək. Dəfn mərasimi mərhumun ailə üzvlərinin iştirakı ilə keçiriləcək.
 
Mədəniyyət Nazirliyi mədəniyyət, ictimaiyyət və mətbuat nümayəndələrinin karantin qaydalarına riayət etmələrini, dəfndə kütləvilik yaratmamalarını tövsiyyə edir.
 
Qeyd edək ki, Rauf Babayev 1937-ci ildə anadan olub. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 2001-ci ildən isə "Qaya" Dövlət Ansamblının bədii rəhbəri idi.








Redaktorun seçimi