Azərbaycandakı İT şirkətlərindən ''Evdə Qal'' kampaniyasına dəstək

Hit: 1200
Azərbaycandakı İT şirkətlərindən ''Evdə Qal'' kampaniyasına dəstək
Azərbaycanda fəaliyyət göstərən bir neçə İnformasiya Texnologiyaları (İT) şirkəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) #evdəqal həştəqi ilə başlatdığı kampaniyaya dəstək nümayiş etdirib.
 
Faktor.az-ın verdiyi xəbərə görə dəstək mətnində deyilir: ``Azərbaycanda fəaliyyət göstərən İnformasiya Texnologiyaları (İT) şirkətləri olaraq Ümumdünya Səhiyyə sahəsində yaranan fövqəladə vəziyyət, o cümlədən Azərbaycanda da yayılan pandemiya, ölkədə online xidmətlərin daha da güclənməsinə zərurət yaratmaqdadır. Biz Azərbaycanda fəaliyyət göstərən İT şirkətləri olaraq öz milli məsuliyyətimizi dərk edir və ehtiyac zərurəti duyulan bütün istiqamətlərdə ölkəmizə təmannasız xidmət etməyə hazırıq.
 
Əminəm ki, ölkəmiz bu sınaqdan üzü ağ və ən az zərərlə çıxacaqdır. Əziz həmvətənlərim, “EvdəQal” tövsiyəsinə əməl edək. Dünya növbəti ciddi bir sağlamlıq sınağından keçməkdədir. Bu vəziyyət bütün ölkələr üçün həyatda qal mübarizəsidir. Bildiyiniz kimi, bir çox ölkədə vəziyyət çox ciddi, çox ağırdır. Ölkə Rəhbərliyinin uzaqgörənliyi sayəsində Azərbaycan bu pandemiyaya ilk reaksiya verən və özünü izolasiya edən ölkələrdən olmuşdur və xəstəlik ölkəmizə güclü nüfuz edə bilməmişdir. Hal-hazırda yaranmış xüsusi karantin rejimi insanların kütləviləşməsini və sosial fəaliyyətlərini məhdudlaşdırmışdır. Səbrli olaq, mümkün qədər işlərimizi online formada və mobil sistemlərlə həll etməyə çalışaq. Hər birinizə sağlam həyat, ruh dincliyi və qəlb rahatlığı arzu edirik.
 
Kompaniyaya qoşulan IT şirkətlər
 
1 TimeSoft Elvin Abbasov
2 Ultra Tecgnologies Abdul Qurbanov
3 GT Solutions Elxan Həsənov
4 Virtual Azərbaycan Qrup of Kompani Esmira Həsənbəyova
5 ITECH Group İlqar Əzizov
6 Smart Systems Technology Firidun Əkbərov
7 TRONİQ Anar Nəbiyev
8 Azlocation Namiq Əliyev
9 Datum Anar Ismayılov
10 Maxtexno İlqar Cəfərov
11 FROMAE Fəxri Ələkbərov
12 İNTEGRİS Ceyhun Zeynalov








Redaktorun seçimi