Mübarək Şaban ayı başlayıb

Hit: 751
Mübarək Şaban ayı başlayıb
Bu gündən Ramazandan sonra ən fəzilətli və mübarək ay olan Şaban ayı başlayıb.
 
Bu ayın fəziləti barədə İslam Peyğəmbərinin (s) bu sözləri kifayət edir: "Şəban ayı mənim ayımdır və Allah rəhmət etsin o kəsə ki, bu ayda mənə kömək edər".
 
Həzrət bu ayı axıra kimi oruc tutar, arada fasilə olmadan mübarək Ramazan ayının orucunu tutmağa başlayardı. Həmçinin, Həzrət buyurur: "Hər kəs bu ayın bir gününü oruc tutsa, cənnət ona vacib olar".
 
İslam tarixində Şaban ayının fəzilətini artıran bir sıra mühüm hadisələr baş verib:
 
- Hicrətin 4-cü ili Şaban ayının 3-cü günü İmam Hüseyn (ə) dünyaya gəlib.
- Şaban ayının 4-ü Hz.Əbülfəzl-Abbasın (ə) doğum gününə təsadüf edir.
- Ayın 5-i İmam Zeynəlabidinin (ə) mövlud günüdür.
- Şaban ayının 15-ci gecəsi 12-ci imam Həzrəti Mehdinin (ə) doğum günüdür.







Redaktorun seçimi