Faktiki hava açıqlandı

Hit: 565
Faktiki hava açıqlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə martın 25-i gündüzdək ölkə ərazisində hava şəraiti sabit və  əsasən yağmursuz keçib. Sumqayıt, Bakı, Maştağa, Binə, Pirallahı, Çilov adası, Şəmkir, Nabran, Xaçmaz, Qəbələ, Lerik , Biləsuvar, Lənkəranda duman müşahidə olunub.
 
Havanın temperaturu martın 24-də Bakıda iqlim normasından 5.7° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19°-dək isti, Aran rayonlarında 17-20° isti, dağlıq rayonlarda 12° -dək isti, Naxçıvan MR-da 16-22° isti olub.







Redaktorun seçimi