"LOQOS" Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etdi

Hit: 666
"LOQOS" Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etdi
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi Prezident İlham Əliyevin çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım edib.
 
Bu barədə  məlumat verən "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Təranə Məmmədova bildirib ki, yardım bu gün bank vasitəsi ilə Fondun hesabına köçürülüb.
 
T.Məmmədova bu mübarizədə fonda dəstək və yardım etmək üçün bütün dostlarını və həmkarlarını milli həmrəyliyə və bu virusa qarşı birgə mübarizədə birlik olmağa səsləyib.
 
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun yaradılması haqqında fərman imzalayıb və ilkin olaraq Azərbaycan Prezidentinin ehtiyyat fondundan 20 milyon manat vəsait ayırıb.







Redaktorun seçimi