AzMİU-dan koronavirusla mübarizəyə 50 min manatlıq dəstək

Hit: 341
AzMİU-dan koronavirusla mübarizəyə 50 min manatlıq dəstək
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının virtual keçirilən iclasında universitetin hesabından COVİD-19 Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürülməsi barədə qərar verilib.
 
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova iclasda ölkə prezidenti İlham Əliyevin yeni növ virusla mübarizədə atdığı preventiv və effektiv addımları yüksək qiymətləndirib, həyata keçirilən yüksək təhlükəsizlik tədbirlərinin əhalinin sağlamlığının qorunmasına xidmət etdiyini xüsusi vurğulayıb. Rektor Şura üzvlərinə müraciətində hamını bu məsələdə həmrəy olmağa, dövlətin verdiyi qərarlara məsuliyyətlə yanaşmağa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırıb.
İclasın gedişatında rektor prorektorlara, kafedra müdirlərinə Universitetdə tədrisin onlayn rejimlərdə, elektron vasitələrlə təşkili ilə bağlı tapşırıqlar da verib.







Redaktorun seçimi