ROBOTLARIN TURAN SEVDASI - 1-ci yazı

Artıq bir çox ölkələrdə tənzifləri, bintləri unutmuş bolt - qaykaları, şürubları ilacsız keçinmə yetənəyinə öyünmədən, qızıl, gümüş və digər zinət əşyalarını belə xəyal etmədən , saysız - hesabsız robotlar insanları ağlın yoğrulub yapıldığı hər yerdə, hər alanda əvəz etməyə başayır.
Gəlmə, yad olduqlarını getdikcə öz düzgün iş və davranış prinsipləriylə doğmalığa dönüşdürən robotlar insanların yerinə zavodlarda, fabriklərdə alın təri axıdır. Əkin sahələrində, zəmilərdə, anbarlarda istənilən işi tələb edilən səviyyədə yerinə yetirir.
Misirdəki Keops Piramidasının Kraliça otağının divarında açılan bir kanaldan ulduz Siriusu görmək üçün yapılanmasının kosmik və tarixi sorğusunda robotların da yaddaş hesabı olmamış deyil.
Görəsən qədim yunanlıların inandıqları, Siriusu itdiyi dövrdən sonra təkrar səmada görünməsinin canlılar üzərində: - kişiləri güçsüzləşdirən, qadınları təhrik edən bəzi təsirləri olmağından doğan həyəcanı yeni çağın robotlarına keçirə biləcəkmi? Bunlar öz yerində, qafil.
Robotlar kosmosda hər hansı strateji bir əməliyyatı yüksək səviyyədə həyata keçirir.
Robotlar yemək bişirir, qab-qacaq yuyur, ev işlərini görməyi bacarır.
Robotlar verilən proqramların sonuucu olaraq şeir, roman, düz yazı qaralaya bilir. Istəsə rəsm çəkir, çertiyoj cizir, layihə və proyekt işləyir.
Robotlar çağdaş dünyada həyatımız üçün zəruri görünən nə varsa, bütün işləri olduqca qüsursuz şəkildə yerinə yetirir və verilən tapşırıqların öhdəsindən ləyaqətlə gəlir. Robotlar dağlarda, çöllərdə mal - qoyun da otara bilir. Özü də bu işləri yeni deyil, çoxdandır heç bir etiraz etmədən, qaramat aşılamadan, həyəcan, gərginlik yaratmadan, doğurmadan, üstəlik gördüyü işlərdə heç bir yanlış buraxmadan icra edir.
Bu gün torpaqlarımız uğrunda savaşlar gedir. Bu savaşda neçə-neçə doğmalar, ciyar-paralarımız itirilir və onların torpağa axan al qanlarının üzərindən aldıqları ŞƏHİD adı məndə nəsən qəribə duyğular oyadır, hislər yaradır. Görəsən indi savaş üçün hazırlanan robotların döyüş meydanında bu vətən torpğı uğrunda hansı mahiyyətlə hərəkətə keçməsi və vurulması sonucu hansı adın altında mənim vətənə, insanlığa olan duyğularımı yerindən oynadıb tüstümü təpəmdən çıxaracaq? Robotlar qazi və ya şəhid ola bilirmi, əcəba?
Maraqlıdır, madam ki, insanlıq həyatımızın bir parçası halına gələcək bu robotların milliyyəti, inandığı din hansı olacaq? Axı bunsiz ola bilməz. Görünür Azərbaycanda yaşayan ləzgi, kürt, talış, türk, rus, zaxor robotlar qardaşlıqdan, Azərbaycanın hər birimizin ortaq vətəni olmasında nitqlər irad edəcək. Onlar üstəlik inancından vaz keçməyərək, kimisi buddist, kimisi atəşpərəst, kimisi musəvi, kimisi xristian, kimisi də müsəlman robotlar olaraq öz peyğəmbərlərinin bayrağı altında haqqı haqq, nahaqqı nahaq deyəcək, car çəkcəklər.
Bütün bunlar olacaq da, ancaq nə düzəlməyəcək? Axı nələr bağır yarıb ürək parçalayıb ruhumuzu darmadağın edəəcək, qafil! Görünür bir müsəlman “Robot Əhməd” namaz qılarkən, orucluqda iftarını açarkən, həcdə təvaf edərkən Rəbbi ilə üz-üzə durduğu an içi alovlanıb əti ürpəşib, tükü qabarmayacaq...
Beləliklə, erməniyə qarşı vuruşan əhli iman, müsəlman və türk Əhməd olan robot, Azərbaycan xalqının, Azərbaycan torpaqlarının müstəqilliyi və bütövlüyü uğrunda savaş meydanında sıradan çıxarılarkən ŞƏHİD adını qazana biləcəkmi? O robotun “cəsədi” torpağa qoyulacaqmı? Yoxsa o robotun dağılmış hissəciklərini bir atılmış dəmir parçası olaraq toplayan alman texnoloqları Ramananın çöllüyündə bir zavod açıb orda bu dəmirləri başqa bir materiala çevirəcək, yendən başqa bir forma və görüntüdə hansısa şirktə, təşkilata və dövlət qurumuna satacaq.
Mən istəmirəm ki, bu torpaqlarda o robot kim olursa olsun, təki yenidən “həyata” qaytarıldığı zaman və də o savaş öncəsi də şeir, roman yazıb Azərbaycanın, türk dünyasının və islam aləminin birliyini, bütövlüyünü istəyən xanəmir olmasın.
Bu robot-adamları biz insanlar yaradırıq. Bir zamanlar bizləri, indiki insan nəslini də eynən biz robotları yaratdığımız kimi ortaya çıxaranlar olmuşdu. Bizi yaradan gücün adına Allah demişdik. Bəs robot-adamları yaradan gücün gerçək adı nə olacaq, bilirsinizmi? Robotların Allahı da adına gah insan, gah adam, gan məxluq, gah kamil insan, gah əşrəfi məxluq dedikləriniz canlılardır. Deyəsən Nəsimi də elə bu yerdə əsrin, zamanın, elmi-texnik tərəqqinin fonunda daha haqlı və daha ötkəm görsənməyə başlayır.
(Bir zamanlar) Mənim Allahım erməninin də Allahı idi. Ancaq mən müsəlman - azərbaycanlı robot -adamların Allahı olsam, eyni ilahiliklə, böyüklüklə erməninin də Allahı olmuyacam. İslamın, xristianlığın, yəhudiliyin Allahı olmasam da, hər halda yunan Allahlarının səs - sorağından xəbər verərəm.
Bəri başdan bizim robotların müsəlman - azərbaycanlı kimliyi dərk eləməlidir ki, bütün arzular, diləklər, istəklər bir tərəfə, Qarabağı ermənilərdən birmənalı şəkildə geri almaq lazımdır.
Xanəmir Telmanoğlu
Xanəmir Telmanoğlu


