"Prezidentin bu çağırışına qoşuluruq"

Hit: 1344
"Prezidentin bu çağırışına qoşuluruq"
Prezident İlham Əliyev Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun yaradılması haqqında fərman imzalayıb və ilkin olaraq Azərbaycan Prezidentinin ehtiyyat fondundan 20 milyon manat vəsait ayırıb.
 
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Faktor.az-a açıqlamasında bildirib ki, Hörmətli Prezidentimizin bu fərmanı böyük tarixi əhəmiyyət kəsb edir və onun Azərbaycan vətəndaşlarının sağlamlığının, təhlükəsizliyinin qayğısına qaldığını, hər bir vətəndaşın taleyindən narahat olduğunu göstərir. Prezident İlham Əliyevin bu addımını təqdirə layiq hesab edir və dövlətimizin bu istiqamətdə həyata keçirdiyi bütün tədbirləri yüksək qiymətləndirirəm. Böyük məmnuniyyət hissi ilə cənab Prezidentin bu çağırışına qoşuluruq. Mən bunu özümə bir vətəndaşlıq borcu hesab edirəm. Fondun bank hesabı açıldığı zaman həmin hesaba müəyyən miqdarda vəsait köçürəcəyimi bildirirəm. Bununla yanaşı bu mübarizədə fonda dəstək və yardım etmək üçün bütün dostlarımı və həmkarlarımı milli həmrəyliyə və bu virusa qarşı birgə mübarizədə birlik olmağa səsləyirəm.
 
Əminəm ki, dövlətimizin koronavirusla mübarizədə həyata keçirdiyi qabaqlayıcı tədbirlər bu virusun ölkəmizdə geniş yayılmasının qarşısını alacaq və Azərbaycan dünyaya yenidən günəş kimi doğacaq!








Redaktorun seçimi