Azərbaycana bahar gəlib

Hit: 1210
Azərbaycana bahar gəlib
Azərbaycana yaz fəsli qədəm qoydu.
 
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Faktor.az-a verilən məlumata görə, yazın gəlişi martın 20-si Bakı vaxtı ilə saat 07:49:36-da baş verib.
 
Bu vaxtdan etibarən Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir və şimal yarımkürəsində yaz fəsli başlanır, gecə-gündüz bərabərləşir. Yazın gəlişi martın 20-si səhər saatlarına təsadüf etdiyindən Novruz bayramı elə bu gün qeyd olunur.








Redaktorun seçimi