Bir arzunu da sən dinlə, gələcək bəxş et - VİDEO
“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində uşaqların arzularını əks etdirən növbəti videoçarx hazırlanıb.
Videoçarxın mesajı uşaqları bu gün sadəcə dinləməklə də onların gələcəkdə arzularının reallığa çevrilməsinin mümkünlüyüdür.
Sosial proqramın əsas cəhətlərindən biri uşaqların istək və arzularının dinlənilməsi, onların şəxsi fikirlərinə dəyər verilməsidir. Bu gün dinlənilən və düzgün istiqamət verilən bir arzu hansısa bir uşağın gələcəyini müəyyən edə bilər.