Həcc ziyarəti təxirə salına bilər? - AÇIQLAMA

Hit: 525
Həcc ziyarəti təxirə salına bilər? - AÇIQLAMA
Dünyada koronavirusun yayılması səbəbindən bu il Həcc ziyarətinin təxirə salınıb-salınmaması ilə bağlı Səudiyyə Ərəbistanından heç bir məlumat daxil olmayıb və bu barədə müzakirələr aparılmır.
 
Bu barədə Lent.az -a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Qeyd olunub ki, Həcc ziyarətinə gedəcək zəvvarlar hər il olduğu kimi bu il də peyvənd olunacaqlar.
 
Fevralın 26-da ümrə ziyarətindən qayıdan adının çəkilməsini istəməyən şəxs Lent.az -a bildirib ki, Məkkədə yeni yayılan virusla bağlı təşviş hiss olunmur: “İnsanlar maska ilə gəzmir. Bir neçə nəfər maskadan istifadə edir, bu da hər il olur. Əsasən tozdan qorunmaq üçün orada maskadan istifadə olunur. Heç bir koronavirus həyəcanı hiss olunmur. İstanbuldakı hava limanında da heç kim maskadan və digər qoruyucu vasitələrdən istifadə etmir. Hərdən Asiya ölkələrindən olan insanların maska taxdıqlarını görmək olur”.
 
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə gediş-gəliş iyulun 20-i avqustun 15-i aralığında baş tutacaq.








Redaktorun seçimi