Ancaq o arada sizin də qapınız qırılacaq - Aslan Abbaszadə yazır

Hit: 926
Ancaq o arada sizin də qapınız qırılacaq - Aslan Abbaszadə yazır
Xarici ölkələr belə bizim acımıza şərik çıxarkən, bizimkilərin 26.02.2020 günündə ( gecəsində) əyləncə məkanlarını işlədib, kefdə damaqda olmaqları insanı çilədən çıxarır. İnsan gərək özününkünə hörmət qoya. Əgər sən özününkünə hörmət qoysan, qıraq da sənə baxıb hərəkət edər.
 
Məşhur aktyor Nejat İşlerin bu barədə maraqlı fikirləri var. Hər kəs yatır. Birazdan işıq kəsiləcək və bütün dünyayla əlaqəniz qalmayacaq. Məhəllənizin ətrafı tanklar və əsgərlərlə sarıldıqdan sonra qapılarınız təpiklərlə qırılacaq. Əgər sizin qapı qırılmamışsa silah səsləri eşidəcəksiniz. Yoldaşınız və uşağınızın qorxu dolu baxışları sizin üzərinizdə olarkən cəsarətinizi toplayıb onları qorumağa çalışacaqsınız. Ancaq o arada sizin də qapınız qırılacaq. Sizə mərmi sıxıb ruhunuzu təslim etmənizi belə gözləmədən yoldaşınıza silahın qundağıyla vuracaqlar, əgər dirənirsə təpiklə davam edəcəklər. Siz ruhunuzu təslim edənə qədər uşağınızın pıçaqla doğramağa başlayacaqlar. Ümidvaram yoldaşınız hamilə deyildir, ancaq yoldaşı hamilə olanlarda var əlbət. Hamilələrin qarnını pıçaqla yarıb uşağı çıxaracaq evinizin taxda dirəyinə mismarlayacaqlar. Evdə balaca uşaq varsa da, uşağın gözü qarşısında anasının döşünü kəsib uşağın ağzına verəcəklər. Sonra uşağı da öldürəcəklər...
 
Bu bir nağıl yox, həqiqətdir! Bəli, bunlar 26 Fevral 1992-ci ilin gecəsi Xocalıda yaşandı.
 
Aslan Abbaszadə
Faktor.az portalının Təsisçisi və Baş Redaktoru








Redaktorun seçimi