Rusiyanın Pyatiqorsk şəhərində Xocalı qətliamı anıldı

Hit: 510
Rusiyanın Pyatiqorsk şəhərində Xocalı qətliamı anıldı
Stavropol əyalətindəki azərbaycanlıların Araz diaspor təşkilatı Yessentuki, Jeleznovodsk, Mineralnıe Vodı şəhərlərindən olan soydaşlarımızın da iştirakı ilə Pyatiqorskun M.Qorki adına mərkəzi kitabxanasında 3 hissədən ibarət anım mərasimi keçirdi. Gənclərin "Xocalını unutmuruq" fleşmobu ilə başladığı tədbir sonra soyqırımla bağlı videoçarxların təqdimatı və çıxışlarla davam etdi. Stavropol əyalətindəki diaspor təşkilatı rəhbərləri Təhmasib Zeynalov, Qurban Əsədov, Namiq Məmmədov, Rusiya azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun mətbuat xidmətinin rəhbəri Anar Həsənov, yazıçı və teoloq İlqar Kamil Xocalı soyqırımı ilə bağlı mərasim iştirakçılarına ətraflı məlumat verdilər. Xocalıya quru dəhlizin olmaması, şəhərin müdafiəçilərinin qəhrəmanlığı mövzusu çıxışlar zamanı xüsusi ilə vurğulandı.
 
Diaspor üzvləri soyqırım qatillərindən qisas almağın vacibliyini vurğuladılar. Xocalının soyqırım olaraq ilk növbədə Azərbaycan parlamenti tərəfindən tanınması məsələsi də diaspor tərəfindən qaldırıldı.
 
Soyqırım qurbanlarını həmvətənlilərimiz məsçiddə də andılar, Xocalı qurbanlarının adına Quran oxundu.








Redaktorun seçimi