Gənc arxeoloq magistrantların elmi-tədqiqat təcrübəsi başlanıb

Hit: 471
Gənc arxeoloq magistrantların elmi-tədqiqat təcrübəsi başlanıb
2020-ci ilin fevral ayından etibarən Tarix ixtisasının Arxeologiya və etnoqrafiya ixtisaslaşması üzrə magistr proqramına uyğun olaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda II kurs magistrantların elmi-tədqiqat təcrübəsi başlanmışdır.
 
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun magistrantları Bayramova Günay və Məmmədli Nərmin “Təhsil və beynəlxalq əlaqələr” şöbəsinin müdiri, t.ü.f.d., arxeoloq Səfər Aşurovun rəhbərliyi ilə arxeoloji kameral tədqiqatların mahiyyəti və prosedurları ilə tanış olurlar. Şöbə müdiri Səfər Aşurov magistrantlara arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələrinin bərpası, onların qrafik təsvirlərinin yaradılması, qazıntı sahəsinin təşkili və miqyaslı planının tərtibi və s. kameral tədqiqat bilikləri barədə gənc alimlərə məlumat vermişdir.
 
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun magistrantlarının elmi-tədqiqat təcrübəsi bir ay müddətində davam edəcəkdir. Sonrakı bir ay müddətində isə magistrantlar elmi-pedaqoji təcrübə keçəcəklər.








Redaktorun seçimi