“Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”

Hit: 351
“Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”
Fevralın 24-ü və 25-i tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
 
Ağsu şəhərində keçirilən tədbirdə hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər. Seminar-müşavirəni giriş sözü ilə açan RİH-in məsul əməkdaşı Kənan Tacızadə rayondakı dini durum barədə ətraflı məlumat verib. Eyni zamanda, natiq mövzunun əhəmiyyətini yüksək qiymətləndirib.
 
Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, respublikamız unitar, hüquqi, demokratik, dünyəvi dövlətdir və Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir. Səyyad Salahlının sözlərinə görə, ölkəmizdə “Dini etiqad azadlığı” haqqında Qanun da qəbul edili. “Bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb ki, bu da Azərbaycanı tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına yüksəldir”,- deyə sədrin birinci müavini əlavə edib.
 
Səyyad Salahlı onu da qeyd edib ki, müstəqilliyin ilk illərində olduğu kimi bu gün də ölkədə xaricdən qaynaqlanan bəzi qüvvələr tərəfindən dindən siyasi məqsəd üçün istifadə edilməsi, dini fanatizmin yaranması istiqamətində cəhdlər davam etməkdədir. Dövlət Komitəsi sədrinin birinci müavini deyib ki, lakin bu cür cəhdlərin qarşısı qətiyyətlə alınmaqdadır. Natiq çıxışında dini radikalizmə və dini xurafata qarşı mübarizənin əhəmiyyətini və aktuallığını diqqətə çatdırıb. Vurğulayıb ki, bütün problemlərin həlli dini mükəmməl şəkildə öyrənməkdən keçir.
 
Çıxış edən DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsin müdiri vəzifəsini icra edən Elnur Mehdiyev digər tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini səsləndiriblər. İkigünlük seminar-müşavirə müzakirələrlə başa çatıb.







Redaktorun seçimi