AzTU İspaniya universitetləri ilə əməkdaşlıq edəcək

Hit: 364
AzTU İspaniya universitetləri ilə əməkdaşlıq edəcək
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Madrid Politexnik Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye Mühəndisləri Ali Texniki Məktəbinin energetika departamentinin əməkdaşı Jorge Servetlə görüşüb.
 
Rektor qonağa universitetdə aparılan islahatlar və bu yaxınlarda Türkiyəyə etdiyi işgüzar səfər barədə məlumat verib. Bildirib ki, AzTU həm Türkiyə, həm Avropa, o cümlədən də İspaniya universitetləri ilə əməkdaşlıqda maraqlıdır.
 
Qonaq İspaniya universitetlərinin texniki təhsil sahəsində gördüyü işlərdən danışıb. Söhbət zamanı tələbə-müəllim mübadiləsi, ikili diplom proqramlarının tətbiqi ilə bağlı da fikir mübadiləsi aparılıb. 







Redaktorun seçimi