Milli Qəhrəman Hikmət Nəzərlinin anım günüdür

Hit: 1241
Milli Qəhrəman Hikmət Nəzərlinin anım günüdür
Xocalıda erməni faşistlərinin qətlə yetirdikləri yüzlərlə insanın xatirəsi anıldığı bu gün Azərbaycan xalqı Milli Qəhrəman Hikmət Nəzərlini də ürək ağrısı ilə yad edir.
 
Nəzərli Hikmət Baba oğlu 1966-cı il martın 7-də də Bakıda ziyalı ailəsində anadan olub. 1973-ci ildə Bakının Xətai rayonundakı 27 saylı orta məktəbə gedib, beşinci sinifə qədər burada təhsil alıb. Atasının iş yerinin dəyişməsi ilə bağlı Hikmət də ailəsi ilə Daşkəndə gedib və orta təhsilini orada tamamlayıb. 1982-ci ildə anası və bacıları ilə birlikdə yenidən Bakıya qayıdıb.
 
1984-cü ildə hərbi xidmətə çağrılıb və Gürcüstan Resbublikasının Duşefi şəhərindəki kəşfiyyat məktəbinə göndərilib. 1986-cı ildə ordudan tərxis olunub.
 
Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsində işə düzəlib, eyni zamanda Azərbaycan Politexnik İnistitutunda oxuyub. Hikmət Şıx qəsəbəsində könüllülərdən təşkil olunmuş müdafiə batalyonuna üzv yazılıb. 1991-ci ilin dekabrında xidmət etdiyi batalyonun təkibində Ağdam istiqamətindəki cəbhəyə yola düşüb. Umudlu, Xocalı yolu onun döyüş meydanına çevrilib.
 
Həmin günlər Xocalıda tarixdə misli görünməmiş faciə törədilir. Hikmət idarə etdiyi maşınla düşmən qarşısında maneə yaradaraq uşaqların, qadınların təhlükəsiz yerə aparılmasında böyük şücaət göstərir. Son məqamda bir neçə döyüş yoldaşı ilə meşəyə çəkilir. Sonrakı taleyi barə də heç bir məlumat yoxdur və beləcə o, itkin düşür.
 
Hikmət ailəli idi. Bir övladı yadigar qalıb.
 
Azərbaycan Resbublikası Prezidentinin 9 sentyabr 1992-ci il tarixli fərmanı ilə Nəzərli Hikmət Baba oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.








Redaktorun seçimi