Bu yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Hit: 889
Bu yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb
Səhər saatlarından başlayaraq Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anma tədbirləri ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Faktor.az-a bildirib ki, Xətai rayonunun Xocalı prospektindəki “Ana fəryadı” abidəsi qarşısında keçiriləcək izdihamlı yürüşün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi üçün paytaxtın Neftçilər, Xocalı prospektləri, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərə bütün avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
 
Avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdirilib: Bakı-Ələt yolunun 14-cü kilometrindən və Sədərək Ticarət Mərkəzinin çıxışından 3-cü kənar dairəvi yola, 20-ci sahə dairəsindən Dağüstü park yolu ilə Badamdar qəsəbəsinə, Bayıl qəsəbəsi - Əhəd Yaqubov və Gülbala Əliyev küçələrindən 20-ci sahə qəsəbəsinə, Bayraq meydanı, “Dalğa Plaza”nın inzibati binasının yanından M.Useynov küçəsinə.
 
Eləcə də Niyazi, Teymur Elçin, Lermontov, Şeyx Şamil, İstiqlaliyyət, 10-cu park, Mehdi Hüseyn küçələri də daxil olmaqla, 10-cu Zavod dairəsindən, Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən, Afiyəddin Cəlilov-Nəcəfqulu Rəfiyev küçələri kəsişməsindən, Heydər Əliyev Mərkəzinin inzibati binası yanından, Xətai prospekti Dəmirçizadə küçəsi kəsişməsindən, həmçinin Ağaoğlu, Təbriz, Koroğlu Rəhimov və Səməd Vurğun, Üzeyir Hacıbəyli, Xəqani, Puşkin, 28 May, R.Zorqe, K.Səfərəliyeva, Fikrət Əmirov küçələri, Azadlıq, Bülbül, Rəşid Behbudov prospektlərindən səhər saat 07:00-dan tədbir tam başa çatanadək hərəkət istiqamətinin dəyişdirilib.








Redaktorun seçimi