Tanınmış diktor AzTV sədrinin müavini oldu

Hit: 667
Tanınmış diktor AzTV sədrinin müavini oldu
"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinnin sədrinin yeni müavini təyin olunub.
 
Rəşad Nəsirov sədrin müavini vəzifəsindən azad olunub. Rafiq Həşimovun onun yerinə müavin təyin olunduğu bildirilir.
 
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov faktı təsdiqləyib.
 
Azərbaycanın Əməkdar artisti Rafiq Həşimov Azərbaycan Televiziyasının aparıcısı, diktor, ssenarist və rejissordur.
 
Xatırladaq ki, 2019-cu il yanvarın 15-dən tanınmış jurnalist Rövşən Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinə rəhbər təyin olunub. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara start verilib, maliyyə sistemi şəffaflaşdırılıb, kadr islahatı həyata keçirilib, televizyanın efir proqramlarında yeniliklər edilib, yeni studiyalar istifadəyə verilib, yaradıcı şəxslər işə cəlb olunub, canlı verilişlərin, tok-şouların sayı artırılıb. (lent.az)








Redaktorun seçimi