AzTU-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Hit: 642
AzTU-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.
 
Tədbirdə ulu öndər Heydər Əliyevin ana dili haqqında söylədiyi fikirlər səsləndirilib.
 
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev bildirib ki,  ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir vətəndaşın borcudur. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında mühüm rol oynayır. Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.  Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirir. 
 
Çıxış edənlər Azərbaycan dilinin dünyanın ən zəngin dillərindən biri olduğunu xüsusi vurğulayıblar. Çıxışlarda Ana dilimizin təşəkkül tapmasında, formalaşmasında yazıçı və şairlərimizin də rolu qeyd olunub.
 
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.








Redaktorun seçimi