AzTU ilə Sumqayıt Texnologiyalar Data Mərkəzi əməkdaşlıq müqaviləsi imzaladı

Hit: 773
AzTU ilə  Sumqayıt Texnologiyalar Data Mərkəzi əməkdaşlıq müqaviləsi imzaladı
Fevralın 20-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Sumqayıt Texnologiyalar Data Mərkəzinin (STDM) direktoru Elvin Aslanovla görüşüb.
 
Görüşdə elmi-texniki, innovasiya, texnoloji yeniliklərin tətbiqi və  müasir əmək bazarının tələblərinə uyğun, yaradıcı, müasir texnologiyaların tətbiqini mənimsəyən gənc kadrların hazırlanması ilə bağlı da fikir mübadiləsi aparılıb.
 
STDM-in əməkdaşlarının tələbələr üçün təqaüdlü ustad təcrübə proqramları, magistr, doktorant və universitet işçiləri üçün isə fərdi inkişaf mövzularında seminar və təlimlərin keçirilməsi müzakirə olunub.
 
Görüşün sonunda AzTU ilə  Sumqayıt Texnologiyalar Data Mərkəzi  arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.








Redaktorun seçimi