ATU daha bir əməkdaşlığa imza atdı

Hit: 587
ATU daha bir əməkdaşlığa imza atdı
Bu gün imzalanan anlaşma memorandumunda bir çox yenilik nəzərdə tutulub
 
Azərbaycan Tibb Universiteti tələbələrin beynəlxalq əlaqələrinin qurulması, tələbə mobilliyinin həyata keçirilməsi, universitin beynəlxalq miqyasda daha yaxşı tanıdılması istiqamətində daha bir təşkilatla əməkdaşlığı gücləndirir. Bununla bağlı ATU ilə Həkimlər və Təbib Tələbələr İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb.
 
Memorandum bu gün ATU rektoru, professor Gəray Gəraybəyli, Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin prezidenti Suğra Əzimova tərəfindən imzalanıb. Anlaşma sənədində ATU tələbələrinin beynəlxalq münasibətlərinin gücləndirilməsinə yardım edilməsi ilə yanaşı, həm də xarici ölkələrdən gələn tələbələrin istehsalat təcrübəsini universitet klinikalarında təşkili ilə bağlı məsələlər əhatə olunub.
 
Qeyd edək ki, Həkimlər və Təbib Tələbələr İctimai Birliyi ilə ATU arasında 10 ildir sıx əməkdaşlıq mövcuddur. Sazişin imzalanması ilə bu əməkdaşlıq daha yeni istiqamətləri əhatə edəcək.








Redaktorun seçimi