Məktəblilər arasında bilik yarışı

Hit: 645
Məktəblilər arasında bilik yarışı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında tarix fənni üzrə bilik yarışı keçirilib.
 
“Tariximizə nəzər salaq” adlı bilik yarışı “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən təşkil olunub.
 
2 mərhələdən ibarət yarışda 59, 76, 270, 280 və 317 nömrəli tam orta məktəblərin komandaları iştirak ediblər.
 
Yarışın nəticələrinə əsasən 280 nömrəli tam orta məktəb I, 76 nömrəli tam orta məktəb II, 59 nömrəli tam orta məktəb isə III yerə layiq görülüb.
 
Qaliblər müvafiq dərəcəli diplomlarla təltif olunublar.
 
Qeyd edək ki, bilik yarışının keçirilməsində məqsəd şagirdlərin tarix fənninə olan marağını artırmaq, onların intellektual səviyyəsini yüksəltmək, istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdən ibarətdir.








Redaktorun seçimi