AzTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Hit: 661
AzTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Rusiyanın “Elektrik stansiya və şəbəkələrinin trenajoru” SC-nin baş direktoru, texnika üzrə elmlər doktoru, professor Sergey Maqidin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
 
Universitetdən Faktor.az-a bildirilib ki, rektor Vilayət Vəliyevlə keçirilən görüşdə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
 
Görüşdə Rusiyanın və postsovet ölkələrinin Ali Attestasiya Komissiyası tərəfindən tanınan “Energetika etibarlılığı və təhlükəsizliyi” (“Nadejnost i bezopasnost energetiki”) jurnalında AzTU əməkdaşlarının elmi məqalələrinin dərc edilməsi, universitetin professor-müəllim heyətinin redaksiya heyətinə üzvlüyü təklif olunub.
 
Həmçinin “Elektrik stansiya və şəbəkələrinin trenajoru” Səhmdar Cəmiyyətinin universitetin Elektrotexnika və elektrik avadanlığı kafedrası ilə iş birliyinin yaradılması barədə mübadiləsi aparılıb.








Redaktorun seçimi