BMU tələbələri ücün 14 həftəlik pedaqoji və istehsalat təcrübələrinə başlanılıb

Hit: 597
BMU tələbələri ücün 14 həftəlik pedaqoji və istehsalat təcrübələrinə başlanılıb

Universitetin bir tələbəsi Almaniyanın Koblenz Universitetində təcrübə keçəcək

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün 2019/2020-cu tədris ili üzrə pedaqoji və istehsalat təcrübələrinin həyata keçirilməsinə başlanılıb. İqtisadiyyat və idarəetmə, Mühəndislik və Pedaqoji fakültəsinin Tərcümə və Psixologiya ixtisasları üzrə istehsalat təcrübəsinə göndərilən bakalavr tələbələrin ümumi sayı 516 nəfər, Pedaqoji təcrübəyə göndərilənlərin sayı isə 303 nəfər təşkil edir. Ümumilikdə 819 tələbə təcrübə proqramına cəlb olunub.
 
Tələbələr istehsalat təcrübəsini əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Neft Fondu, SOCAR, Bakı Şəhər İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti, Sumqayıt Texnologiya Parkı, Meksika səfirliyi, ABŞ səfirliyi, Azertexnolayn MMC, Avrora MMC, PAŞA Bank, Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, Azərsun Holding, Gilan Holding, North West Construction MMC, Dövlət Tərcümə Mərkəzi, Günay Sığorta ASC, Veysəloğlu Şirkətlər Qrupu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərsu ASC və Aztelekom MMC-də təcrübələrini keçəcəklər.








Redaktorun seçimi