Şəhər və rayonlar üzrə buraxılış imtahanlarının tarixi açıqlandı

Hit: 436
Şəhər və rayonlar üzrə buraxılış imtahanlarının tarixi açıqlandı
Ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının əvvəlcədən elan edilmiş tarixlərə uyğun olaraq şəhər və rayonlar üzrə keçirilmə qrafiki, eləcə də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcək digər tədbirlərin tarixləri müəyyən olunub.
 
DİM-dən Faktor.az-a bildirilib ki, mərkəz tərəfindən həyata keçiriləcək digər tədbirlərin (ali və orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu və s.) qrafiki də saytın “Təqvim” bölməsinə əlavə edilib. Axtarış sistemində lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixləri ilə tanış olmaq mümkündür.
 
Bakı (Nərimanov, Səbail, Yasamal, Nəsimi, Nizami, Binəqədi, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı), Naxçıvan MR, Şirvan və hərbi liseylərinin şagirdləri üçün ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının 1-ci mərhələsi martın 1-də, 2-ci mərhələsi iyunun 14-də keçiriləcək. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə aprelin 5-də təşkil olunacaq.
 
Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Ağstafa, Qazax, Tovuz, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Lerik, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabranda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının 1-ci mərhələsi martın 9-da, ikinci mərhələ iyunun 7-də təşkil olunacaq. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə aprelin 12-də keçiriləcək.
 
Şəmkir, Gədəbəy, Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı və Bakının xüsusi məktəblərində ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının 1-ci mərhələsi martın 15-də, ikinci mərhələsi iyunun 21-də təşkil olunacaq. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə aprelin 19-da keçiriləcək.
 
Qeyd edək ki, məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda, C.Naxçıvanski adına Hərbi lisey (Bakı) və Heydər Əliyev adına hərbi liseylərdə (Naxçıvan) təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarla eyni tarixdə imtahan verəcəklər.
 
Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrinin şagirdləri müvafiq siniflər üzrə 3-cü imtahan günündə (istiqaməti) imtahan verəcəklər.








Redaktorun seçimi