Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlə görüş keçirilib

Hit: 405
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlə görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida sahəsi üzrə beynəlxalq ekspert Sice-Treda İveta ilə görüşüb. Görüşdə agentliyin fəaliyyət istiqamətləri, strukturu, ölkəmizdə qida təhlükəsizliyi sahəsində görülən işlərlə əlaqədar ətraflı məlumat verib.
 
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Faktor.az-a verilən məlumata görə, görüş çərçivəsində ölkəmizdə idxal olunan məhsullara risk əsaslı nəzarət tədbirləri ilə bağlı yaradılacaq Qida Təhlükəsizliyi Nəzarət Məntəqələrinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu il sərhəd-keçid məntəqələrinin yaxınlığında iki Qida Təhlükəsizliyi Nəzarət Məntəqəsinin yaradılması nəzərdə tutulub və həmin məntəqələr ölkəmizə idxal olunan qida məhsullarının risk qiymətləndirilməsini həyata keçirəcək.
 
Agentliyin sədri diqqətə çatdırıb ki, Qida Təhlükəsizliyi Nəzarət Məntəqələrində, həmçinin ölkəyə gətirilən iri və xırdabuynuzlu heyvanların identifikasiyası və qeydiyyatı da aparılacaq.
 
Görüşdə beynəlxalq ekspert Sice-Treda İveta dünya təcrübəsində uğurla tətbiq edilən Qida Təhlükəsizliyi Nəzarət Məntəqələrini Azərbaycanda da formalaşdırılması istiqamətində görülən işləri müsbət qiymətləndirdiyini və həyata keçirilən yeniliklərin Azərbaycanda qida təhlükəsizliyi sisteminin inkişafında əhəmiyyətli rol oynayacağını bildirib.








Redaktorun seçimi