Mənə “müxalifətçi” damğası vurmağa çalışdılar...

Hit: 808
Mənə “müxalifətçi” damğası vurmağa çalışdılar...
“Bu bir Tələdir!”
 
Bunu ATƏT-in uzunmüddətli müşahidəçisi İnqo Büttner Seçki Qərargahımda söhbətimiz zamanı vurğuladı.
 
O, növbədənkənar seçkilərin cəmiyyət üçün bir tələ olduğunu, mahiyyət etibarı ilə əvvəlkilərdən fərqlənməyəcəyini, sadəcə sözdə şəffaflıq və ədalətli nəticə olacağını israr etsə də, mən buna qarşı qəti şəkildə mövqeyimi ortaya qoydum və yanlışlığa yol verdiyini vurğuladım.
 
(Yenə də öz mövqeyimdə qalıram.)
 
Hətta, Prezidenti birmənalı olaraq dəstəklədiyimə görə YAP-ın namizədlərindən seçilmədiyimə eyham vurdu.
 
Məlumdur ki, Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etdim.
 
Namizədliyimi haqq etdiyim 7 saylı Ordubad-Culfa Seçki Dairəsindən irəli sürdüm və qeydiyyata alındım.
 
Seçki qanunvericiliyinə uyğun olaraq bütün prosesləri həyata keçirdik.
 
Komanda şəklində çalışdıq ki, ənənəvi seçkini yenisi ilə əvəzləyərək bu marafonun canlı formada müasir simasını göstərək.
 
Bütün sağlam metodlardan istifadə etdik.
 
Tez bir müddətdə bir sıra metodlarla əhalinin rəğbətini və dəstəyini qazana bildik.
 
Sözügedən dairədə elə bir yer qalmadı ki, təbliğat və təşviqat kompaniyasından kənarda qalsın.
 
Dinamik görüşlər keçirdik və seçiciləri dinlədik.
 
Ciddi bir Platforma ərsəyə gətirdik və seçicilərə payladıq.
 
Əhalidə yeni ruh yüksəkliyi yaratdıq və sağlam seçki abu-havası formalaşdırdıq.
 
Naxçıvanda uzun illər boyu seçki ilə bağlı yaranmış yalnış münasibəti dəyişdik və qeyri-müəyyən sterotipləri Prezidentin yeni islahatlar kursuna köklədik.
 
Prezidentin siyasətinə etimadı, inamı, dəstəyi aşıladıq.
 
Bu Prezidentimizə və onun yeni islahatlarına birbaşa xidmət idi.
 
Dövlət Başçısının yerli və beynəlxalq çıxışlarındakı çağırışları və mövqeyini seçicilərimə çatdırdım.
 
Bildirdim ki, bu dəfə şəffaf və ədalətli seçki keçiriləcək, əhalinin seçdiyi şəxslər etimad qazanacaq.
 
Amma şəffaflıq əvvəlki seçkilərdən fərqli olaraq göz önündə saxtalaşdırmaq, ədalət isə bildirilərək bunu etməkləri oldu.
 
Əhalinin yox, bir qurupun eqosuna və maraqlarına cavab verən şəxs qutudan çıxdı və saxta mandat aldı.
 
Bütün bunların fonunda mənə “müxalifətçi” damğası vurmağa çalışdılar.
 
Açıq-aşkar Heydər Əliyev ideyalarını dəstəkləyən, İlham Əliyevin siyasi kursuna xidmət edə-edə.
 
Amma onu da bilməliyik ki, sağlam müxalifətçi xalq düşməni deyil, əgər onun müxtəlif istiqamətdə dövlətə xidmət etmək niyyəti vardırsa.
 
Azərbaycan Respublikasının milli qanunvericiliyi ilə fəaliyyət göstərən heç bir düşərgə tənqidə və təzyiqə tuş gəlməməlidir.
 
Maska geyinib “iqtidar” obrazında edilən “xidmət” sağlam müxalifətdən qat-qat hakimiyyət üçün təhlükəlidir.
 
Dövlət vahiddir, hamının müqəddəs evidir.
 
Bütün tərəflər ona xidmət etməyə borcludur.
 
Unutmayaq, Dövlət Başçımızın yanaşmasını:
 
“Sağlam müxalifət yaradılmalıdır” - Prezident
"Bu gün müxalifət düşərgəsində boşluq yaranıbdır və bizi istəməyənlər gənclərdən istifadə etmək istəyirlər ki, onları xalqın üstünə qaldırsınlar".
Bunu Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə bildirib.
 
Məsələ ondan ibarətdir ki, seçkilərdə 22 926 seçicinin iştirakı təsdiq olundu və mən, 4 179 səs topladım.
Müşahidəmiz deməyə əsas verir ki, seçkidə təqribən 7-8 min arası seçici iştirak edib.
 
Qeyd edim ki, tez bir zamanda əhali və seçicilər arasında nüfuz qazanmağımın səbəbləri bunlar ola bilər:
 
1. Ordubadda doğulmağım və burada orta təhsil almağım, eyni zamanda valideynimin burada işləməsi və elin xidmətində durması. Culfanın bu dairəyə düşən kəndləri ilə sıx əlaqələrimizin olması.
Özümün bura ilə bağlı bir necə layihə və kitab ərsəyə gətirməyim və s.
 
Eyni zamanda, komanda üzvlərimin bu regionda sayılıb-seçilən insanlardan olması və bura ilə bağlı bir çox işlərə imza atması.
 
2. 20 il ərzində Milli Məclisdə böyük çoxluğu Ordubad seçicisindən ibarət Ordubad-Culfa seçki dairəsini buradan olan bir şəxsin təmsil etməməsi.
 
3. Bitərəf namizəd olmağım, əhalinin böyük əksəriyyətinin partiya mənsubiyyətinin olmaması və digər sadalanmıyan amillər.
 
Ordubad rayonunda YAP-ın üzvlərinin sayı 5835 nəfərdir.
 
Seçki gününə qədərki vəziyyət ilə seçki günündəki hal tamam başqa idi.
 
Seçkiyə 3 gün qalmış münasibət artıq dəyişmişdi.
 
Həmin gün baş verən neqativ proseslərə, hadisələrə, hərəkətlərə yerdə SD daxil, mərkəzdə MSK loyal münasiət bildirdi.
 
Bütün faktlar Bakıdan gedən komanda və müşahidəçi heyət tərəfindən izlənildi və qeydə alındı.
 
Əgər, Prezidentə və onun siyasətinə yaxından xidmət etmək olmazsa olmaz.
 
Biz bunu uzaqdan da edərik!!!
 
Qeyd: yəqin ki, Naxçıvanın Prezidentimizə ən sadiq rəhbərinin - cənab Vasif Talıbovun bu olub-bitənlərdən doğru-düzgün məlumatı yoxdur.
 
Əks təqdirdə belə nəticə olmazdı.
 
YƏHYA BABANLI








Redaktorun seçimi