Tanınmış jurnalist Fuad Abbasov - ÇAĞIRIŞ ETDİ - VİDEO

Hit: 3492
Tanınmış jurnalist Fuad Abbasov - ÇAĞIRIŞ ETDİ - VİDEO
Tanınmış jurnalist Fuad Abbasov onu tanıyan hər kəsə müraciət edib.
 
Faktor.az-ın məlumatına görə, F.Abbasov bundan sonra öz fəaliyyətini vətəndaşların müraciətlərini, problemlərini dinləməklə onların həlli istiqamətində görüləcək işlər üzərində quracaq.
 
F.Abbasov bunun üçün müvafiq bir Qərargahın fəaliyyət göstərməsini istəyir.
 
"Biz bundan sonra öz fəaliyyətimizi Qərargah olaraq davam etdirmək istəyirik. Lakin hazırki dönəmdə ofis tutmaq maliyyə cəhətdən çətinlik yaradır. Bu səbəbdən hər bir işi özümüz etməyə qərara gəlmişik. Bunun üçün bizə Xərtai rayonunda bir məkan təklif edilib. Hazırda bu məkandan istifadə üçün ciddi şəkildə təmirə ehtiyyac var. Təmir etdikdən sonra buranın kirayə pulu yoxdur. Biz istəyirik ki, burada Əhmədli qəsəbəsində olan vətəndaşları qəbul edərək onların problemlərini dinləyək. Biz buradan çağırış edərək bildiririk ki, imkanı olan hər bir vətəndaş bizə qoşulsunlar. Bir yerdə əl-ələ verək təmir işlərini həyata keçirək", deyə F.Abbasov bildirib.
 
Qərargahin təmiri üçün köməklik göstərmək istəyənlər +79268878833 nömrəli Whasappa yazması xahiş olunur!








Redaktorun seçimi