AzTU məzununun uğur hekayəsi

Hit: 911
AzTU məzununun uğur hekayəsi
Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti universitetin fəxri məzunu, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Təchizat Dəstəsinin rəisi Ayaz Mustafayevlə görüşüb.
 
Görüşdə universitetin məzunlarının işə qəbulu ilə bağlı imtahan qaydaları haqqında ətraflı məlumat verilib, müzakirələr aparılıb.
 
Ayaz Mustafayev qeyd edib ki,  müavini, digər struktur bölmələrinin rəhbər və işçilərin əksəriyyəti AzTU-nun məzunudur.
 
Ayaz Mustafayev 1993-cü ildə AzTU-nun “Avtomatika və hesablama texnikası“ fakültəsini fərqlənmə diplomu ilə bitirib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizlik İdarəsinin İstehsalat Texniki Mərkəzinin Yanğın Avadanlıqları və Avtomobillərin təmiri hissəsinin mühəndisi, rəis müavini vəzifələrində işləyib.
 
FHN-in daxili xidmət polkovniki Azay Mustafayev Qarabağ müharibəsi veteranıdır.








Redaktorun seçimi