AzTU-da "AgroHakathon 2020"yə hazırlıqla bağlı görüş keçirilib

Hit: 449
AzTU-da "AgroHakathon 2020"yə hazırlıqla bağlı görüş keçirilib
"AgroHakathon 2020" müsabiqəsinə hazırlıq çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU)  ilə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) nümayəndələri arasında görüş keçirilib.  
 
Müsabiqənin təşkilat komitəsinin həmsədri, KTN-in Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasov bildirib ki, yarışda həm komandalar, həm də onların azarkeşləri üçün xüsusi yerlər ayrılacaq.
 
29 fevral – 2 mart 2020-ci il tarixlərində keçiriləcək yarışda komandalar 2020 dəqiqə vaxt ərzində onlara verilən texniki tapşırığı yerinə yetirməli olacaq.  
 
Müsabiqədə I, II və III yerləri tutan komandalar  6060, 4040, 2020  manat məbləğində pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.








Redaktorun seçimi