Sizləri düşünməyə dəvət edirəm...

Hit: 729
Sizləri düşünməyə dəvət edirəm...
Son günlər seçkilərdə baş verən bəzi özbaşınalıqlara müəllimlərlə bağlı edilən ümumiləşdirmələr canımı çox sıxmağa başladı. Nə oldu, hər kəs itdi bir tək müəllimlərmi bitdi?
Ciddən bu " qurunun oduna yaşın yanması" çox pis bir şeydir. Etməyənlər də günahlandırılır, edənlər də. Mən nə anladım bu işdən?!
Səhv iş tutanlar əlbət cəzasını çəkəcək, doğrudur, biz desək də, deməsək də. Lakin, sırf onlara görə bütün müəllimlər " şərəfsizdir, xayindir, iyrəncdir" kəlimələri çox ağırdır. Sizləri düşünməyə dəvət edirəm. Biz öz düşüncəmizi dəyişdirsək, cəmiyyəti, həmçinin də dünyamızı dəyişdirərik.
Atatürk demişdir ki, Müəllimlər şam kimidir, özü yanar, bitər və sönər, lakin öz işığını hər yerə saçar.
 
Bizi aydınladan müəllimlərə qarşı daha mülayim yanaşaq. Sanki, hər kəs süddən çıxmış ağ qaşıqdır. Salam verdiyin iki insanın biri ya fırıldaq, ya da xəyanətkar çıxır. Bunu da bildirim ki, hər kəs işindən, gücündən, kimliyindən, vəzifəsindən asılı olmayaraq üzərində müəllimlərin böyük zəhməti olduğunu unutmasın! Müəllimlər çörəksiz qalanda, hər hansısa problemlə rastlaşıb çətinlik çəkəndə, heç kim onlara kömək etmir. Hər kəs çalışdığı, istər özəl, istər dövlət işində əlindən gəldiyi qədər gəlir əldə edəndə, müəllimlər az məbləğdə, quru maaşla keçinib getmək məcburiyyətində qalırlar. Hətta belə bir deyimdə var, müəllimlər simic, qramız, xəsis, əli bərk olurlar. Bəli, bir tək maaşa göz tikən adama ancaq belə qiymət verilər! Bəli, Müəllimlikdə digər işlərdəki kimi oğurlanacaq, talanacaq heç nə yoxdur! Müəllimlərdən bir kitab yazsam belə, bitməyəcəyini bilirəm. Yanlışım varsa da üzr istəyirəm. Özəl fikrim olaraq, az da olsa ağlı olan insan, özünün müəllimlərdən işinin bitdiyini sanıb, balalarına, nəvələrinə, yaxınlarına bilik verib əmanət edilən müəllimlərimizə qarşı nifrət yaratmaz! Cəm məsələsini kənəra qoyaraq, probleminiz olan insanlarla probleminizi həll edin. Bizə müəllimləri ikinci valideyn kimi təqdim edib öyrətdilər. Artıq gerisinə siz qərar verin.
 
Hörmətlə, Aslan Abbaszadə.
Faktor.az saytının Baş Redaktoru








Redaktorun seçimi