Qeyri-formal məşğulluqla mübarizə ilə bağlı normativ hüquqi baza da təkmilləşdirilir

Hit: 509
Qeyri-formal məşğulluqla mübarizə ilə bağlı normativ hüquqi baza da təkmilləşdirilir
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yanında Qanunvericilik və İdarəetmə üzrə İşçi qrupunun növbəti iclası keçirilib. İclasda  Azərbaycan Respublikası Baş Naziri yanında qeyri-formal məşğulluqla mübarizə ilə bağlı keçirilmiş müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar görüləcək işlər müzakirə olunub.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda aidiyyəti qurumların nümayəndələri iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair” Tədbirlər Planı çərçivəsində hazırlanmış normativ hüquqi aktların icra vəziyyətinə dair müzakirələr aparılıb.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, İşçi qrupunun rəhbəri Anar Əliyev qeyri-formal məşğulluğa qarşı mübarizədə müvafiq qurumlar arasında sıx koordinasiyanın vacibliyini vurğulayıb. Nazir müavini bu sahədə həmçinin beynəlxalq təcrübənin öyrənilməsinin və mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edib.
 
İclasda  normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə müvafiq qurumlar tərəfindən irəli sürülən təkliflər dinlənilib.








Redaktorun seçimi