Ulu Öndər Heydər Əliyevin bu günə kimi gizli qalan fotosu - VİDEO

Hit: 2288
Ulu Öndər Heydər Əliyevin bu günə kimi gizli qalan fotosu - VİDEO
Xankəndi seçki dairəsindən namizədliyi qeydə alınmış Həşimov Elbrus Əfrasiyab oğlu Ulu Öndər Heydər Əliyevin bu günə kimi gizli qalan fotosunun tarixçəsini açıqlayıb.
Elbrus Həşimov bildirib ki, Heydər Əliyev Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun fəaliyyətinə etiraz əlaməti olaraq, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdiyi bir dönəmdə, Dağlıq Qarabağda ermənilərin xüsusi fəallığı hiss olunmağa başladı:
 
"Onların bu fəallığı hələ, 1986-cı ildən gizli şəkildə aparılırdı. Yaxşı xatırlayıram 1987-ci ilin oktyabr ayı idi. Bütün dövlət idarələrinin qarşısında olduğu kimi Xankəndi şəhər milis (polis) idarəsinin qarşısında da Sovet İttifaqı Komminist partiyası rəhbərlərinin, siyasi büronun üzvləri və üzvlüyə namizədlərin şəkilləri asılmış stend var idi. Polis idarəsinin rəis müavini Vaqif İşxanyan adlı erməni daşnağı Heydər Əliyevin stenddəki şəklini götürüb cırmaq istəyərkən, həmin vaxt Xankəndi şəhər polis idarəsinin növbətçi hissənin rəisi vəzifəsində çalışan atam Həşimov Əfrasiyab Teymur oğlu dərhal bayıra çıxaraq Heydər Əliyevin şəklinin cirilmasına və yerə atilmağına icazə verməmiş, daşnaq İşxanyanı zərbə ilə vurub yerə sərmiş, şəkli ondan götürmüşdür. Bu hadisəni izləyən yüzlərlə erməni polis idarəsinə hücum çəkərək atamı tutmağa çalışmışlar. Atam cəld hərəkət edərək içəriyə daxil olub polis idarəsinin silah- sursat saxlanc yerindən iki ədəd avtomat silahı götürərək idarəyə hücum edən yüzlərlə erməninin qarşısını almışdır. Bundan sonra atamı millətçi adlandıraraq müxtəlif təzyiqlər etmişlər. Nəhayət bu təzyiqlər 1988-ci ilin avqust ayında atamın pensiyaya gömdərilməsi ilə nəticələnmişdir. Həmin şəkil 1990-cı ilə qədər Xankəndindəki evimizdən, Xankəndi şəhərinin işğalından sonra isə Bakı şəhərindəki evimizin baş guşəsindən asılmışdır".
 
E.Həşimov bu şəkli ondan qəbul edilməsini və Heydər Əliyev Mərkəzindəki muzeyin gözəl guşələrinin birində yerləşdirlməsini xahiş edib.








Redaktorun seçimi