Deputatlığa namizəd velosiped yürüyüşü keçirərək hər kəsi seçkilərə çağırdı - VİDEO

Hit: 2266
Deputatlığa namizəd velosiped yürüyüşü keçirərək hər kəsi seçkilərə çağırdı - VİDEO
Millət vəkilliyinə namizəd Fuad Abbasov tərəftarlarının iştirakı ilə öz seçki dairəsində velosiped yürüşü keçirərək, sağlam həyat tərzini, velosiped idmanını, seçkilərdə aktiv iştirak etməyi və layiqli namizədlərə səs vərməyə çağırdı.  
 
Qeyd edək ki, tanınmış jurnalist Fuad Abbasov  33 saylı Xətai birinci seçki dairəsindən öz namizdəliyini verib. Mərkəzi Seçki Komissiyası Fuad Abbasovun namizədliyini qeydə alıb.
 
Qeyd edək ki, Fuad Abbasov 1976-cı il dekabr ayının 15-də Bakı şəhərində doğulub. Əslən Füzuli rayonundan olan Abbasov 1993-çü ildə Bakı şəhəri 95 nömrəli orta məktəbi bitirib. Ali təhsilini Türkiyədə alıb. İstanbul Universitetinin jurnalistika fakultəsinin radio və televiziya bölümünü bitirib (1994-2000). 2019-cu ildə Moskva Dövlət Humanitar – İqtisad Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistr dərəcəsi alıb.  6 aprel 2016-cı ildən təsisçisi olduğu MİSRA (Rusiya Azərbaycanlılarının Beynəlxalq İnformasiya Birliyi) internet kanalını yaradıb. Eyni zamanda 2017-ci ildən Rusiya azərbaycanlılarının İnformasiya Təşəbbüsləri Mərkəzinin də rəbəridir. 2016-cı ildən sosial şəbəkələrdə və video platformalarda aktiv fəaliyyət göstərməyə başlayıb.








Redaktorun seçimi