Koronavirusla ilə bağlı bilmədiyimiz - MÜHÜM MƏLUMATLAR - VİDEO

Hit: 2517
Koronavirusla ilə bağlı bilmədiyimiz - MÜHÜM MƏLUMATLAR - VİDEO
Yəqin ki, artıq dünya mediasının həyəcan təbili çaldığı “coronavirus” haqqında eşitməyən qalmadı.  Virus  2019-cu ilin dekabrında Çinin Wuhan şəhərində ortaya çıxıb. Nəfəs yollarının iltihabı kimi özünü göstərməyə başlayan virus bir neçə həftə içərisində sürətlə yayılıb.  Əslində, bu virus coronavirusların bir növüdür və terminoloji adı  2019-nCov`dur. 
Ehtimal olunur ki, virus ilk dəfə Wuhan`dakı Huanan bazarında meydana çıxıb.  Hankou qatar stansiyasının yaxınlığında yerləşən bu bazarda  dəniz canlıları ilə yanaşı müxtəlif heyvanlar da qida məhsulu kimi satılır. Burda tovuz quşu, Çin səməndəri, koala, bambuk siçanı, müxtəlif növ ilanlar və yarasalar da daxil olmaqla, nə istəsəniz,  tapmaq  mümkündür. Hələ dəqiqləşməsə də, mütəxəssislər virusun yarasadan, ya da ilandan insanlara keçdiyini düşünürlər. 
 
 S/T: Bəs coronviruslar nədir? Onlar haqqında dünyamız nə bilir? Suallarımızın cavabını tapmaq üçün tarixi vərəqləməliyik. 
 
Coronaviruslar 1960-cı illərdə kəşf edilib. Adlarını latınca “tac” anlamına gələn “corona” sözündən götürüblər.  Bu cür adlandırılmanın səbəbi mikroskop altında  günəşin ətrafındakı corona təbəqəsinə bənzəmələridi. İndiyədək onlarla coronavirus növü aşkarlanıb. Amma, onlardan cəmi 6 dənəsinin insanlara bulaşdığı müəyyən edilib. 2002-ci ildəki SARS, 2012-ci ildəki  MERS virusları da coronavirus ailəsinə daxildi. Bir aydan çoxdur ki, 2019-nCov  da adını insanlıq tarixinə yazmaqdadır. 
 Artıq Çin də daxil olmaqla 27 ölkədə virusa yoluxma halları qeydə alınıb. Bunlar Yaponiya, Tayland, Cənubi Koreya, ABŞ, Sinqapur, Vyetnam, Tayvan, Avstraliya, Almaniya, Türkiyə, Rusiya  və s.-dir. Həmin ölkələrin tibbi qurumları yoluxan insanların bu yaxında Çinə səyahət etdiklərini açıqlayıb. 
 Son günlərdə İngiltərə Çinə  uçan bütün avia-reysləri dayandırdığını elan edib. 1 fevrala olan rəsmi məlumata görə, Çində yoluxanların sayı 12 mini keçib. Ölənlərin sayı, hələlik,  259 nəfər olsa da, bu rəqəmin artacağı ehtimalı böyükdür. 
 Ümumdünya Səhiyyə Təşkilatı təxmin edir ki,  orta statistik rəqəmlə virus bir nəfərdən 3 nəfərə keçir. 
 Mütəxəssislərin açıqlamalarına görə, virusa yoluxmanın ilkin əlaməti yüksək temperaturdu. Ardından quru öskürək, bir həftədən sonra nəfəs darlığı, böyrək çatışmazlığı, çəki itirilməsi  kimi əlamətlər bir-birini izləyir. 
 Virusun mənbəyi, hələ ki, müəyyən edilmədiyindən, Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlığına ciddi riayət etmək lazımdır. 
 
 
1. Əllərinizi sabunla yuyun, alkoqollu dəsmallarla silin. 
2. Öskürdükdə və asqırdıqda ağzınızı dəsmalla tutun. 
3. Qrip əlamətləri göstərən adamlarla yaxın təmasdan çəkinin. 
4. Ət və yumurtanı yaxşıca bişirin.
5. Heyvanlarla təmasdan qaçın. 
 
 
Çin hökuməti Wuhan şəhəri də daxil olmaqla Hubei bölgəsində 10 şəhəri təcrid edib. Ümumilikdə, bu 10 şəhərdə 20 milyon əhali yaşayır. Şəhərlərdəki bütün hava limanları və dəmiryol vağzalları, ictimai nəqliyyat vasitələri fəaliyyətini dayandırıb.  Şəhərlərə giriş-çıxış qadağan edilib.  Sosial mediada yayılan videolardan da göründüyü kimi, 20 milyon əhalinin yaşadığı şəhərlərin küçələri bomboşdur. İnsanların yalnız xəstəxanalara və apteklərə getmək icazələri var.  Üstəlik, son günlərdə Çinin bu bölgəsindəki xəstəxanaların yoluxanları tamamilə qəbul edə bilmədiyi aşkarlandı və bölgədə 1000 yataqlı yeni xəstəxananın inşasına başlandı. Xəstəxana binasının 6 günə inşa edilib  istifadəyə  verilməsi planlaşdırılır. 
 Eyni zamanda,  Çindən başqa ölkələrə uçan avia-reyslər də ciddi yoxlamalara məruz qalıb.  Reuters xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyadakı xəstəxanalara infeksiyanın qarşısının alınması və nəzarət mövzusunda təlimatlar göndərib. 
 Bəs bizim “coronavirus”a yoluxma qorxumuz varmı?   Dövlət Gömrük Komitəsinin BBC News Azərbaycancaya verdiyi məlumata görə,  gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq yoxlamalar aparılır. 
 Respublika Gigiyena və Epidemiologiya Mərkəzininin Epidemiologiya şöbəsinin direktor müavini Afaq Əliyeva deyib: “Bu günə olan məlumata görə, Azərbaycanda coronavirus aşkar olunmayıb”.
 Son günlərdə əhali arasında temperatur və öskürəklə müşaiyət olunan, qrip simptomları göstərən xəstəliklər barəsində isə Afaq Əliyeva bildirib ki, “aşkar edilən faktlar mövsümi qrip virusudur”. 
Onu da qeyd edim ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının coronavirus və digər xəstəliklərlə bağlı təcili addımların atılmalı olduğu ölkələr siyahısında yer almayıb.
30 yanvar tarixində Azərbaycanda coronavirus epidemiyasına qarşı işçi qrupu yaradılıb. Bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirib. 
 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) 29 yanvar tarixində  verilən məlumata görə, ölkəmizdə koronavirusla bağlı xüsusi palatalar ayrılan xəstəxanalar aşağıdakılardır. 
 
 
-Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu;
-1 saylı Kliniki Tibbi Mərkəz;
-7 saylı Uşaq infeksion xəstəxanası;







Redaktorun seçimi