Xankəndi seçicilərindən Həşimov Elbrus Əfrasiyab oğluna - BÖYÜK ETİMAD - VİDEO - FOTOLAR

Hit: 2922
Xankəndi seçicilərindən Həşimov Elbrus Əfrasiyab oğluna - BÖYÜK ETİMAD - VİDEO - FOTOLAR
9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərdə 122 saylı Xankəndi seçki dairəsindən millət vəkilliyinə namizəd Həşimov Elbrus Əfrasiyab oğlu təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Ramana qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 4 saylı Xankəndi orta məktəbində keçirib.
 
Faktor.az xəbər verir ki, seçicilər tərəfindən qaldırılmış məsələlərin vaxtında həll edilməsi üçün müvafiq dövlət qurumlarına müraciət edəcəyini bildirən Elbrus Həşimov onları aktiv olmağa və fevralın 9-da seçki məntəqələrinə gedərək ən layiqli namizədə səs verməyə çağırıb.
 
Bundan əvvəl Elbrus Həşimov Gəncədə, Goranboyda, Ağcakənddə, Bərdədə, Ağcabədidə, Mingəçevirdə, Şəkidə, Oğuzda, Zaqatalada və Qəbələdə məskunlaşan Xankəndi seçiciləri ilə görüşərək fikir mübadiləsi aparıb və seçiciləri öz seçki platforması ilə tanış edib. Elbrus Həşimov ölkə prezidenti cənab İlham Əliyevin apardığı sosial, iqtisadi, siyasi və hüquqi islahatlardan danışaraq, seçiciləri narahat edən problemlərlə maraqlanıb. Millət vəkili seçiləcəyi təqdirdə seçicilərin təklif, şikayət və iradlarını əlaqədar dövlət orqanları qarşısında qaldıraraq operativ həllinə nail olacağını bildirib.
 
Keçirilən görüşlərdə iştirak edən ictimaiyyət nümayəndələri, ziyalılar və seçicilər parlament seçkilərində namizədə uğurlar arzulayıblar. Namizəd isə öz növbəsində seçiciləri fəal olmağa və 9 fevral seçkilərində səs verməyə dəvət edib.
 
Hazırda namizədin seçicilərlə görüşləri uğurla davam etdirilir.
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi