Daha bir qrup tanınmış idmançı Azər Quliyevə dəstək verdilər - FOTOLAR

Hit: 1789
Daha bir qrup tanınmış idmançı Azər Quliyevə dəstək verdilər - FOTOLAR
Deputatlığa namizəd Azər Quliyev ölkəmizin daha bir qrup tanınmış idmançıları ilə görüş keçirib.
 
Faktor.az xəbər verir ki, görüşdə cüdo üzrə dünya çempionu, IV İslam Həmrəyliyi oyunlarının qalibi, Dünya və Avropa mükafayçısı, olimpiya iştirakçısı Nicat Şıxəlizadə, Rio de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunların cüdo üzrə gümüş mükafatçısı Elmar Qasımov (Avropa çempionu, Dünya çempionatının mükafatçısı, Ermənistanda keçirilən Avropa çempionatından qızıl medal qazanaraq Azərbaycan bayrağınə qaldırıb) , Avropa gümüş medal mükafatçısı, 2016 Avropa çempionu, IV İslam Həmrəyliyi oyunlarının qalibi Mehdiyev Məmmədəli, Dünya çempipnatının gümüş mükafatçısı Nəcəfov Rafiq, 6 dəfə MMA üzrə, 3 dəfə grappling, 2 dəfə Avropa çempionu, 2 dəfə dünya çempionu Babayev Aqşin iştirak ediblər.
 
Dövlət başçısının yürütdüyü gənclər siyasəti, xüsusi ilə idmana göstərilən qayğı haqda söhbət açıldı. İdmançılar Azər Quliyevin layiqli millət vəkili olacağına, seçiciləri və bütün Azərbaycan xalqını uğurla təmsil edəcəyinə inamlarını ifadə etdilər. Çempionlar bildirdilər ki, platfomada gənclərəin şəxsi inkişafı, sağlam həyatı, təhsil və tərbiyəsinə böyük önəm verilməsi təqdirəlayiqdir. Bu səbəbdən də Azər Quliyevə dəstək verdiklərini bəyan etdilər.
 
 
 
 
1
1
1
1
1
1








Redaktorun seçimi