Çində təhsil alan azərbaycanlı tələbədən - MÜRACİƏT

Hit: 2257
Çində təhsil alan azərbaycanlı tələbədən - MÜRACİƏT
“Əziz dostlar, çox gözəl başa düşürük ki, siz istəmirsiniz bizim ölkəyə də bu virus gəlsin, inandırım sizi biz də bunu istəmirik. Hətta sırf buna görə ölkəden çıxmırıq (bilet almış olsam bele hele də tərəddüd edirəm, əgər analizlə təyin olmasa gəlməyəcəm). Burada yaşayan heç bir azərbaycanlı istəmir ki, nə ölkəmizə, nə ailəmizə, nə də dostlarımıza bu virusu yayaq. Demək istədiyim, o qeder de düşüncəsiz deyilik. Amma çoxlarınızın "əcəb olur, ilan qurbağa yeyənlərin yanına nəyə gedibler, oxumağa yer yoxdu və s" kimi sözləri, dəstək olmaq yerinə "qayıtmayın!" deməkləri, bizdə çox təəssüf hissi doğurur. Dəstək olmursunuz, təhqir eləməyin. Nanjingdə 20-ə yaxın azərbaycanlı hələ də qalıb. Hamımız da dəstəyik bir birimizə. Amma sizin elediyiniz biabrçılıqdır! Bizim hamımız ölkəmizi də düşünürük, ailəmizi də, dostlarımızı da. Ancaq imkan olanda özünüzü bizim yerimizə də qoyun, görün nece olur. Özgə vaxtı "həmrəylik" qeyd edirsiniz amma həmrəy olmaq vaxtında görürük əsl həmrəyliyinizi. Onu da qeyd edim ki, bizə elediyiniz bu gəlməyin etirazlarını gedin çinlilere də edin. Ölkəyə gəlirlər də, ciddi yoxlamadan da keçmirlər və elə əsl potensial virus daşıyıcısı onlar ola bilər bizdən çox. Gedin, onu araşdırın ki, yoxlama nə dərəcədədir.”
 
Çində təhsil alan azərbaycanlı tələbə Məhəmməd Abbaslı








Redaktorun seçimi